Həsən Ruhani: “İran nüvə məsələsinin həlli üçün Qərblə ilkin şərt olmadan danışıqlara hazırdır”

Həsən Ruhani: “İran nüvə məsələsinin həlli üçün Qərblə ilkin şərt olmadan danışıqlara hazırdır”
# 23 sentyabr 2013 08:04 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “İranın güclü və inqilabçı xalqı ilə hədə və müharibə dili ilə danışmaq olmaz”. APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, bunu İran prezidenti Həsən Ruhani bildirib.

Onun sözlərinə görə, Qərb İranın sülhməqsədli nüvə fəaliyyətlərini ölkə xalqının təbii haqqı olaraq qəbul etməlidir: “Qərb İranın bütün nüvə hüququ, o cümlədən beynəlxalq qanunlar çərçivəsində uranın zənginləşdirilməsini qəbul etməlidir. Onlar bilməlidir ki, İranın bütün dünyaya müraciəti sülh və dostluq və əməkdaşlıq və həmrəylik yolu ilə regional və beynəlxalq problemlərin həllidir. İran nüvə məsələsinin həlli üçün Qərblə ilkin şərt olmadan danışıqlara hazırdır. Biz inanırıq ki, qarşı tərəf bərabər və ikitərəfli maraqlar çərçivəsində qarşılıqlı hörmət əsasında meydana daxil olmalıdır. İran böyük və inqilab sivilizasiyasına malik qüdrətli ölkədir. Ona görə də fövqəlgüclərə İran xalqı ilə zor və təhdid dili ilə danışmamaq tövsiyə olunur. Çünki təhdid, müharibə və diplomatiyanın bir-birinin kənarında mənası yoxdur, heç bir məntiqli və azad xalq bir masa üzərində təhdid və diplomatiya seçimlərini qəbul etmir. İran xalqı kütləvi qırğın silahları deyil, yalnız inkişaf və nailiyyət ardıncadır. Ona görə də Nüvə silahlarının yayılmasının qarşısının alınması Müqaviləsi (NPT) çərçivəsində addım atıb və ona sadiqdir”.

H.Ruhani deyib ki, İran ötən 200 ildə heç bir ölkəyə təcavüz etməyib: “İranlılar heç vaxt təhdid və təcavüz əhli olmayıblar və regionda müstəmləkəçilik məqsədləri güdməyiblər. Lakin təcavüzkar qarşısında bir an belə dözmür, təcavüzkarlar qarşısında möhkəm müdafiə ilə İran və iranlının şərəfi, istiqlaliyyəti və ərazi bütövlüyünü müdafiə edib və edəcəkdir. İran Silahlı Qüvvələrinin rəşadəti və müqaviməti qarşısında baş əymək lazımdır. Dünyaya elan edilməlidir ki, İran ordusu region ordularının əksinə olaraq, demokratik olmuş və siyasi məsələlərdə müdaxilə etmədən həmişə xalqın tələbi qarşısında təslim olub. Son üç onillikdə hərbi hökumət və hərbi quruluşun olmaması buna əyani sübutdur. Region ölkələri İran Silahlı Qüvvələrindən xəlqi demokratiya dərsi öyrənməlidirlər. İran Silahlı Qüvvələri önləyici qüvvələrdir. Önləyiciliyin kənarında vətənə sevgi, müqavimət, sayıqlıq və beynəlxalq və regional məsələlərə diqqət yetirmək və modern müdafiə təchizatı ilə təchiz olmaq onların və İran hökumətinin vəzifələrindəndir. İran Silahlı Qüvvələri onu özünün bir parçası hesab etdiyi xalqın müdafiəsinə hazırdır və yaradılan problem və təzyiqlərə baxmayaraq, ölkənin ali dini liderinin bələdçiliyi sayəsində İran İslam İnqilabının gələcəyinə ümid gözü ilə baxır”.

İran prezidenti bəzi ölkələrin regionda təcavüzkar və terrorçuları maliyyə və silahla təmin etməsinə də toxunub: “Regionda hazırkı terrorçulara dəstək də onların himayədarlarına pis nəticələrdən başqa heç bir faydası olmayacaq. İran Silahlı Qüvvələri regionun stabillik və təhlükəsizlik amilidir. İranı qonşular və digərləri üçün təhdid amili hesab edən bəzilərinin iddiasının əksinə olaraq, kütləvi qırğın silahlarına malik olaraq region üçün təhlükə mənbəyi olan İsrail bütün beynəlxalq qayda-qanunları pozur. İran müharibəyə qarşıdır, onu bəyənilməmiş və zərərverici amil sayır. Militaristlərə tövsiyə olunur ki, regionda başqa bir müharibənin ardınca olmasınlar. Çünki peşmanedici mənfi nəticələrlə üzləşəcəklər”.

H.Ruhani regionda baş verən proseslər, o cümlədən Suriya məsələsinə də münasibət bildirib: “Problem və məsələləri müharibə yolu ilə həll etmək olmaz. Böhranların yeganə həll yolu region ölkələrinin məntiq, siyasət, əməkdaşlıq və həmrəyliyi ilə mümkündür. Hamı Suriyada müharibənin dayanması və Suriya xalqının tələblərinin gerçəkləşməsi çərçivəsində siyasi danışıqların keçirilməsi üçün çalışmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR