Lənkəranda minik avtomobil yanıb, sürücünün azyaşlı oğlu ağır xəsarət alıb

Lənkəranda minik avtomobil yanıb, sürücünün azyaşlı oğlu ağır xəsarət alıb
# 03 iyun 2014 20:45 (UTC +04:00)

APA-nın cənub bürosunun məlumatına görə, hadisə iyunun 3-də saat 19.40 radələrində şəhərin “Çay qırağı” deyilən ərazisində yerləşən avtoservisdə qeydə alınıb. Lənkəran şəhər sakini, 1974-cü il təvəllüdlü Elşən Hüseynağa oğlu Hüseynova məxsus “VAZ-2104” markalı minik avtomobili qəfildən yanmağa başlayıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazrliyinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Onların səyləri ilə avtomobildəki yanğın söndürülməklə onun yaxınlıqdakı avtomobillərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı “VAZ-2104” markal avtomobil tamamilə yanaraq yararsız vəziyyətə düşüb, həmçinin maşının salonunda əyləşmiş sürücünün 2 yaşlı oğlu Məmmədəli Hüseynli II və III dərəcəli yanıq xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanada uşağa ilkin tibbi yardım göstərilib, lakin vəziyyəti ağırlaşdığından Bakıya Respublika Yanıq Mərkəzinə yola salınıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR