Müsavat Partiyası Gənclər Təşkilatının yeni sədri gələn ay bəlli olacaq

Müsavat Partiyası Gənclər Təşkilatının yeni sədri gələn ay bəlli olacaq
# 24 oktyabr 2013 08:53 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Müsavat Partiyasının Gənclər Təşkilatında sədr seçkisi noyabr ayının ilk yarısında keçiriləcək. Bu barədə APA-ya məlumat verən təşkilatın sabiq sədri, partiyanın Divan üzvü Tural Abbaslı bildirib ki, seçki prosesinin gecikməsinə səbəb Azərbaycandakı ictimai-siyasi vəziyyət və ölkədə keçirilən prezident seçkiləri olub: “Təşkilat komitəsi konkret gün elan etməyib. Ancaq demək olar ki, noyabr ayının ilk yarısında partiyanın Gənclər Təşkilatının sədrliyinə seçkilər baş tutacaq”.

Xatırladaq ki, avqustun 26-da Müsavat Partiyasıın Gənclər Təşkilatına keçirilən seçkinin nəticəsi ləğv olunub və yeni seçkilərin keçirilməsi qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR