Tərtərdə ev yanıb

Tərtərdə ev yanıb
# 10 oktyabr 2013 20:25 (UTC +04:00)

Bakı-APA. Tərtərdə bu gün axşam saatlarında yanğın hadisəsi baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Sarov kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 96 kv.m olan 2 otaq və talvardan ibarət (48 kv.m sahədə ev və 48 kv.m sahədə talvar) evdə baş verib. Nəticədə evin dam örtüyünün və 1 otağının yanar konstruksiyaları (otaq və ev əşyaları 24 kv.m) 96 kv.m sahədə yanıb. Yanğından evin qalan hissəsi mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR