«Bank Silk Way» kredit portfeli və depozit bazasını kəskin artırıb

«Bank Silk Way» kredit portfeli və depozit bazasını kəskin artırıb
# 23 oktyabr 2013 11:38 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Bank Silk Way» ASC-nin aktivlərinin həcmi 2013-cü il oktyabrın 1-nə 214,936 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 55,3% çoxdur.


Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 2 dəfə artaraq 156,974 mln. manata çatıb. O cümlədən, istehlak kreditlərinin həcmi 14,418 mln. manat təşkil edib ki, bu da 2012-ci il oktyabrın 1-nə olan göstəriciyə nisbətən 25,8% çoxdur. Eyni zamanda, vaxtı keçmiş kreditlərin həcmi son bir ildə 4,3 dəfə artaraq 6,296 mln. manata, vaxtı keçmiş kreditlərin məcmu kredit portfelində xüsusi çəkisi isə 1,9 dəfə artaraq 4,0%-ə çatıb.

Bankın depozit portfeli son bir ildə 3,9 dəfə artaraq 56,733 mln. manata çatıb. O cümlədən, əhalinin əmanətlərinin həcmi 30,358 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 16,6% çoxdur.


Son bir ildə bankın məcmu kapitalı 1,8 dəfə artaraq 103,218 mln. manat, o cümlədən nizamnamə kapitalı 1,7 dəfə artaraq 93,734 mln. manat təşkil edib.


Təhlil olunan dövr ərzində bankın cəmi müştərilərinin sayı 4,2% artaraq 8 393, o cümlədən fiziki şəxslərin sayı 4,3% artaraq 8 252, hüquqi şəxslərin sayı 1,4% azalaraq 141 olub. Bankın dövriyyədə olan plastik kartlarının sayı 2013-cü il oktyabrın 1-nə 11 118-ə bərabər olub ki, bu da illik müqayisədə 30,6% çoxdur. O cümlədən, debet kartların sayı 22,9% artaraq 10 177-ə, kredit kartların sayı 4,4 dəfə artaraq 941-ə çatıb.


Hazırda bankın ölkə üzrə 6 filialı, 33 bankomatı, 127 POS-terminalı fəaliyyət göstərir. Bankın 112 işçisi var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR