Moldova ombudsmanı Aureliya Qriqoriu Bakıya gəlib

Moldova ombudsmanı Aureliya Qriqoriu Bakıya gəlib
# 30 oktyabr 2013 17:39 (UTC +04:00)

Bakı.Fərahim Qasımov-APA. Moldova ombudsmanı Aureliya Qriqoriu Beynəlxalq Humanitar Forumda iştirak etmək üçün Bakıya gəlib. APA-nın məlumatına görə, moldovalı ombudsmanı Heydər Əliyev adına Hava Limanında Azərbaycan Xarici işlər Nazirliyinin nümayəndələri qarşılayıb.

Xatırladaq ki, Aureliya Qriqoriu İrəvanda keçirilən beynəlxalq tədbirdə Azərbaycan torpaqlarının 20 faizini Ermənistanın işğal etdiyini, erməniləri azərbaycanlılara qarşı soyqırım apardığını bəyan edib. Bu çıxışından sonra o, Ermənistandan çətinliklə salamat çıxa bilib. Qriqoriu hələ də ermənilərin təzyiqinə məruz qalır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR