Ötən il Azərbaycanda pul bazası 11% artıb

Ötən il Azərbaycanda pul bazası 11% artıb
# 10 yanvar 2014 14:26 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda manatla pul bazasının həcmi 2014-cü il yanvarın 1-nə 11 641,9 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, 2013-cü il yanvarın 1-nə nisbətən bu göstərici 1 126,9 mln. manat və ya 10,7% artıb.

Təkcə ötən ilin dekabr ayında pul bazası 854,2 mln. manat və ya 7,9% artıb. Ümumiyyətlə, 2013-cü il ərzində, yanvar, aprel və sentyabr aylarından başqa, pul bazasının artımı müşahidə olunub.

Qeyd edək ki, pul bazasına dövriyyədə olan nağd pullar və kommersiya banklarının mərkəzi bankda saxlanılan vəsaitləri daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR