Elmar Məmmədyarov İraq Respublikasının xarici işlər naziri ilə görüşüb

Elmar Məmmədyarov İraq Respublikasının xarici işlər naziri ilə görüşüb
# 27 sentyabr 2013 13:27 (UTC +04:00)

Bakı-APA. Xarici işlər naziri Elmar Məmmədyarov İraq Respublikasının xarici işlər naziri Hoşyar Zebari ilə görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş Nyu-York-da Elmar Məmmədyarovun BMT Baş Assambleyasının 68-ci sessiyasında iştirakı çərçivəsində baş tutub.

Görüş zamanı iki ölkə arasında olan münasibətlərin hazırkı səviyyəsi və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib. Tərəflər arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi məqsədi ilə müvafiq sahələri əhatə edən sənədlərin imzalanması barədə razılıq əldə olunub.

Həmçinin görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR