Azərbaycanda terror həyata keçirmək istəyən və casusluqda ittiham olunan İran vətəndaşının məhkəməsi başlayıb

Azərbaycanda terror həyata keçirmək istəyən və casusluqda ittiham olunan İran vətəndaşının məhkəməsi başlayıb
# 13 sentyabr 2013 13:16 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda terror hadisələri həyata keçirmək istəyən və casusluqda ittiham olunan İran vətəndaşı Feyzi Bəhrəm Həsən oğlunun cinayət işi üzrə məhkəmə baxışı başlayıb.

APA-nın məlumatına görə, prosesdə ittiham aktı elan olunub. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən ittihamla özünü təqsirkar bilməyib. Daha sonra prosesdə şahidlər dindirilib.

Növbəti proses sentyabrın 19-na təyin olunub.

Qeyd edək ki, Feyzi Bəhrəm Həsən oğlu Cinayət Məcəlləsinin 214-ci (terrorçuluq), 206-cı (qaçaqmalçılıq), 276-cı (casusluq) və 234-cü (qanunsuz olaraq narkotik vasitələri hazırlama, istehsal etmə, əldə etmə, saxlama) maddələri ilə ittiham edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR