Azərbaycanda ət, süd və yumurta istehsalı artıb

Azərbaycanda ət, süd və yumurta istehsalı artıb
# 21 sentyabr 2013 08:56 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin 8 ayı ərzində Azərbaycanda diri çəkidə 304,7 min ton və ya ötən ilin müvafiq dövrünə nisbətən 3,1% çox ət istehsal edilib.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin yanvar-avqust aylarında ölkədə 1227,1 min ton və ya 7,1% çox süd, 914,6 mln. ədəd və ya 15,2% çox yumurta istehsal edilib, 15,6 min ton və ya 4,2% çox yun qırxılıb.

Bu ilin yanvar-avqust aylarında kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 3731,5 mln. manat olub. 2012-ci ilin müvafiq dövrünə nisbətən onun sabit qiymətlərlə dəyəri 4,5%, o cümlədən bitkiçilik üzrə 3,9%, heyvandarlıq üzrə isə 5,2% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR