Tovuzda toy karvanında gedən avtomobil aşıb, ölən və xəsarət alanlar var - VİDEO

Tovuzda toy karvanında gedən avtomobil aşıb, ölən və xəsarət alanlar var - <span style="color: red;">VİDEO
# 04 noyabr 2013 12:19 (UTC +04:00)

Baş Dövlət Yol Polisi İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun 416-cı kilometrliyində, Tovuz rayonun Düz Qırıxlı kəndi ərazisində baş verib. Sürücü Vaqif Fətullayev toy karvanı ilə hərəkətdə olarkən yüksək sürətlə idarə etdiyi “BMW” markalı avtomobili yolun kənarına aşırıb. Qəza zamanı, 2-si uşaq olmaqla 5 nəfər xəsarət alıb. Bunlar sürücünün həyat yoldaşı Gülşən Fətullayeva, övladları - 10 yaşlı Aysel və 7 yaşlı Yusif Fətullayev və qohumu 19 yaşlı Aytən Hüseynovadır. Xəsarət alanlar Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, Aytən Hüseynova orada dünyasını dəyişib. Xəsarət alanlardan 2-sinin vəziyyəti ağırdır. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR