Hacıqabul rayonunda silah-sursat aşkar edilib

Hacıqabul rayonunda silah-sursat aşkar edilib
# 12 iyun 2014 10:33 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Azərbaycanda avtomobil yolunda silah-sursat aşkar edilib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Muğan yolundan nömrəsiz “Naqan” tipli tapança və 184 ədəd müxtəlif çaplı patron tapılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR