Mixail Saakaşvili yeni prezidentin inauqurasiyasında iştirak etməyə bilər

Mixail Saakaşvili yeni prezidentin inauqurasiyasında iştirak etməyə bilər
# 15 noyabr 2013 11:41 (UTC +04:00)

Bakı - APA. Dövlət başçısı postu ilə vidalaşan, hal-hazırda Avropada görüşlər keçirən Mixail Saakaşvili yeni Gürcüstan prezidentinin inauqurasiyasına yetişməyə bilər.

APA-nın “Novosti-Qruziya” informasiya agentliyinə istinadən verdiyi xəbərə görə, mərasim Tbilisidə noyabr 17-də baş tutacaq.

“İnterpressnyus” agentliyinin məlumatına görə, prezident hazırda Brüsseldə səfərdədir.

Xatırladaq ki, oktyabrın 27-də Gürcüstanda keçirilmiş prezident seçkilərində hakim “Gürcü arzusu” koalisiyasının nümayəndəsi Qeorqi Marqvelaşvili qələbə çalıb.

Bir gün öncə Saakaşvili administrasiyası inauqurasiyaya dəvətin alındığını bildirsə də, yeni dövlət başçısının andiçmə mərasiminə qatılması haqqında məlumatı nə təsdiq, nə də təkzib edib.

Qeyd edək ki, bu yaxınlarda administrasiya rəhbəri Andro Barnov bəyan edib ki, Saakaşvili ölkə müstəqilliyinin gələcəkdə möhkəmlənməsinə əmin olduğu halda mərasimdə iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR