"Azpromo" İnquşetiyanın İqtisadi İnkişaf Nazirliyi ilə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb

"Azpromo" İnquşetiyanın İqtisadi İnkişaf Nazirliyi ilə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb
# 24 iyun 2014 08:37 (UTC +04:00)

Qəbələ. Aqşin Rafiqoğlu-APA-Economics. Rusiya Federasiyasının İnquşetiya Respublikasının İqtisadi İnkişaf Nazirliyi ilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

APA-Economics”in məlumatına görə, sənəd Qəbələdə keçirilən V Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində təşkil olunan “İnvestisiya sahəsində əməkdaşlıq. Nəticələr, imkanlar, perspektivlər” adlı dəyirmi masada imzalanıb.

Memoranduma “Azpromo”nun rəhbəri Rüfət Məmmədov və İnquşetiya Respublikasının iqtisadi inkişaf naziri Yusup Zurabov imza atıb.

Dəyirmi masa zamanı hər iki ölkənin dövlət qurumlarının nümayəndələrinin və iş adamlarının çıxışları dinlənilib, “Azpromo” və Rusiyanın Milli İnvestisiya Agentliyi tərəfindən Azərbaycanda və Rusiyada biznes və investisiya imkanlarına dair təqdimatlar keçirilib, hər iki ölkənin şirkətləri bir sıra investisiya layihələrinə dair məlumatlar verib, Azərbaycan İnvestisiya Şirkəti, Sumqayıt Kimya Sənaye Parkı və Rusiyanın müxtəlif regionlarının təqdimatları keçirilib, iş adamları arasında ikitərəfli görüşlər təşkil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR