Almaniya eksperti: “Mənbələrini gizli saxlamaq baxımdan Almaniya jurnalistləri Böyük Britaniya və ABŞ-dakı həmkarlarından üstünlüyə malikdirlər”

Almaniya eksperti: “Mənbələrini gizli saxlamaq baxımdan Almaniya jurnalistləri Böyük Britaniya və ABŞ-dakı həmkarlarından üstünlüyə malikdirlər”
# 09 sentyabr 2013 11:51 (UTC +04:00)

Hamburq. Şamil Əlibəyli - APA. “Bu gün Almaniyada 330 regional, 10 federal, 10 bulvar qəzeti nəşr olunur. Bu nəşrlərin ümumi tirajı 24 milyondur. Böyük Britaniya və Fransadan fərqli olaraq, Almaniyada regional media çox güclü inkişaf edib. Bu da ölkənin federativ quruluşundan irəli gəlir. Almaniya cəmiyyətində jurnalistlərə hörmət var və onlar dövlət tərəfindən qorunurlar”.

Bu barədə Almaniyanın Hamburq şəhərində "Azadlıq naminə Fridrix Nauman Fondu"nun təşkilatçılığı ilə Azərbaycanın media nümayəndələri üçün keçirilən "Siyasət, kütləvi informasiya vasitələri və kommunikasiya” adlı seminarda çıxış edən keçmiş jurnalist, “GLC Glücklsburg Consulting AG”ın məsləhətçisi Yoaxim Quttmann deyib.

APA-nın seminarda iştirak edən müxbirinin verdiyi məlumata görə, KİV-in büdcəsinin formallaşmasından danışan Y.Quttman bildirib ki, İsveç, Niderland, Böyük Britaniya və Fransadan fərqli olaraq, ölkəsində pulsuz qəzet yoxdur: “Qəzetlər reklam vasitəsilə özlərini saxlayırlar. Bəzi regionlarında bir-iki qəzet var ki, pulsuz paylanır, onları da ya bur, ya da iki jurnalist həvəskar kimi buraxır, tirajları isə çox azdır”.

Alman jurnalistlərinin maaşlarından barədə məlumat verən məruzəçi “Bu gün jurnalist orta hesabla 1500-2000 avro qazanır. Baş redaktor 6000-8000 avro maaş alır. Öz məqalələrini satan müstəqil jurnalistlər isə hər sətrə görə 1 avro qazana bilərlər. Bir fotonun qiyməti isə 20 avro civarındadır”, - deyə bildirib.

Jurnalist-siyasətçi münasibətlərinə gəlincə, Y. Qutmann deyib ki, müxbir siyasətçidən müsahibə alırsa, onu siyasətçiyə göstərməmək hüququna malikdir. O cümlədən, məqalənin həcminə və məzmununa redaksiya rəhbərliyi müdaxilə edə bilməz: “Ümumiyyətlə, Almaniyada jurnalistin iş prinsipi belədir: hər hansı informasiyanı 3 mənbədən təsdiqləməlisən. Bütün hallarda alman jurnalistləri informasiya mənbələrini gizli saxlamaq baxımdan Böyük Britaniya və ABŞ həmkarlarından üstünlüyə malikdirlər. Əgər hər hansı məqalə narazılıq yaradıbsa, qarşı tərəf jurnalistə qarşı yox, redaksiyaya qarşı iddia qaldırır. Düzdür, siyasətçinin razılığı olmadan fotomüxbir onun şəklini çəkə bilməz. Yalnız siyasətçi ailəsi ilə birgə publika qarşısına çıxırsa, burda icazə işləmir”.

Hazırda Almaniyada seçkilərə hazırlıq getdiyini qeyd edən Y.Quttman deyib ki, bütün radio və TV kanalları seçkiləri pulsuz reklam etməyə borcludurlar. Qəzetlər isə şərtlər daxilində reklam verirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR