Hüquq müdafiəçisi polis şöbəsində monitorinq keçirib

 Hüquq müdafiəçisi polis şöbəsində monitorinq keçirib
# 01 noyabr 2013 11:50 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri , hüquq müdafiəçisi Elçin Behbudov və köməkçisi Elçin Şirinov Şirvan şəhər Polis Şöbəsinin müvəqqəti saxlanma təcridxanasında monitorinq keçiriblər.

E. Behbudovun APA-ya verdiyi məlumata görə, orada saxlanılan 31 nəfərlə görüşüblər: “Saxlanılan şəxslərin saxlanma şəraitindən və onlara qarşı münasibətdən şikayətləri olmadı. Monitorinq zamanı hər hansı işgəncə və qeyri-insani rəftarla bağlı bizə müraciətlər daxil olmadı. Lakin saxlanılan şəxslərin çoxu məhkəmə qərarlarından və Şüvəlanda yerləşən istintaq təcridxanasındakı natəmizlikdən şikayət etdilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR