Uruqvayda eynicinsli nikahlar haqqında qanun qüvvəyə minib

Uruqvayda eynicinsli nikahlar haqqında qanun qüvvəyə minib
# 06 avqust 2013 04:57 (UTC +04:00)

Bakı-APA. Uruqvayda da eynicinsli cütlüklər artıq nikahlarını rəsmiləşdirə bilər – avqustun 5-də bu ölkədə eynicinsli nikahlar haqqında qanun qüvvəyə minib. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu ilin aprelin 10-da Uruqvay parlamenti müvafiq qanun layihəsini qəbul edib. Konqresin aşağı palatasının 92 deputatından 72-si qanunun qəbul olunmasına səs verib. Bundan sonra sənəd dövlət başçısı tərəfindən təsdiqlənib. Latın Amerikasında Uruqvaydan başqa analoji qanun Argentinada da qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR