Misir vətəndaşı Bakıda yol qəzasında xəsarət alıb

Misir vətəndaşı Bakıda yol qəzasında xəsarət alıb
# 26 aprel 2014 10:50 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda Misir vətəndaşı yol qəzasına düşüb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, aprelin 25-də saat 21 radələrində Binəqədi rayonu Mir Cəlal küçəsində müəyyən edilməmiş avtomobillə Misir vətəndaşı Hamid Faruk vurulub. H.Faruka xəstəxanada ilkin tibbi yardım göstərilib.

Binəqədi Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR