Böyük Britaniya və İran səfirliklərini yenidən aça bilər

Böyük Britaniya və İran səfirliklərini yenidən aça bilər
# 08 oktyabr 2013 19:47 (UTC +04:00)

APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, bu barədə Böyük Britaniyanın XİN rəhbəri Uilyam Xeyq açıqlamasında bildirib. Qeyd edək ki, iki ölkə arasında diplomatik münasibətlər 2011-ci ildə soyuyub.

Uilyam Xeyq parlamentə bildirib ki, ilkin mərhələdə ölkələr müvəqqəti işlər müvəkkili səviyyəsində təmsil olunacaqlar. Onun sözlərinə görə, İranda Həsən Ruhaninin hakimiyyətə gəlişindən sonra Tehranla aparılan dialoqun tonu dəyişilib.

Bununla belə, Xeyq qeyd edib ki, iqtisadi sanksiyaların götürülməsi üçün İran öz nüvə proqramına ciddi dəyişikliklər etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR