İran Sərhəd Polisinin komandanı vəzifəsindən azad edilib

İran Sərhəd Polisinin komandanı vəzifəsindən azad edilib
# 30 iyun 2014 10:55 (UTC +04:00)

APA-nın “Tasnim” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, İran daxili işlər naziri Əbdülrza Rəhmani-Fəzlinin iyunun 29-da verdiyi əmrlə general Hüseyn Zülfüqari yeni vəzifəyə təyin olunub.

Bundan sonra İran Sərhəd Polisinin sabiq komandanı İran daxili işlər nazirinin təhlükəsizlik və nizam-intizam məsələləri üzrə müavini vəzifəsini icra edəcək.

Qeyd edək ki, H. Zülfüqari əvvəllər İran Nizam-İntizam Qüvvələri (polis) komandanının müavini işləyib, ancaq onu bu vəzifədə 2008-ci ildən Əhmədrza Radan əvəzləyib.

İran polisinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehdi Əhmədi bu dəyişikliyin səbəbini generalın doktorluq dissertasiyasını müdafiə etmək üçün öz təhsilini davam etdirmək istəyi ilə izah edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR