Erməni deputat: "Son 6 ildə Qarabağ nizamlanmasında Ermənistanın xeyrinə heç bir qərar qəbul edilməyib"

Erməni deputat: "Son 6 ildə Qarabağ nizamlanmasında Ermənistanın xeyrinə heç bir qərar qəbul edilməyib"
# 07 yanvar 2014 13:42 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu “Novosti Armenii” agentliyinə açıqlamasında Ermənistan parlamentinin deputatı, müxalif “Azad demokratlar” partiyasının sədri Xaçatur Kokobelyan deyib.

O qeyd edib ki, bu baxımdan indi də hiss oluna biləcək hər hansı addım atılmır. “Münaqişənin sülh yolu ilə həllinin tərəfdarı kimi yeganə müsbət amil kimi mövcud “status-kvo”nun qorunub saxlanmasını hesab edə bilərik. Lakin beynəlxalq arenada hiss edilə biləcək irəliləyişlər yoxdur”.

Kokobelyanın sözlərinə görə, hazırki mərhələdə Qarabağ probleminin həll olunmamasının əsas səbəbi böyük dövlətlərin maraqlarıdır, daha doğrusu onların üst-üstə düşməməsidir.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR