Azərbaycanın istehlak bazarı son bir ildə 9% artıb

Azərbaycanın istehlak bazarı son bir ildə 9% artıb
# 26 avqust 2013 16:57 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu ilin yanvar-iyul aylarında istehlakçıların tələbatının ödənilməsi məqsədi ilə ölkənin istehlak bazarında satılmış əmtəə və göstərilmiş xidmətlərin ümumi həcmi 14,4 mlrd. manat olmaqla ötən ilin eyni dövrü ilə müqayisədə 9% faiz artıb. Bu barədə «APA-Economics»ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Pərakəndə ticarət şəbəkəsində satılmış əmtəələrin və əhaliyə göstərilmiş pullu xidmətlərin ümumi həcminin 94,1%-i özəl bölmənin təsərrüfat subyektlərinin fəaliyyəti sayəsində formalaşıb, onların satdığı istehlak mallarının və göstərdikləri xidmətlərin həcmi 9,6% artaraq 13,5 mlrd. manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR