Rüşvət almaqda ittiham olunan sabiq baş həkim barəsində olan hökmdən kassasiya şikayəti verib

Rüşvət almaqda ittiham olunan sabiq baş həkim barəsində olan hökmdən kassasiya şikayəti verib
# 10 fevral 2014 09:14 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Rüşvət almaqda ittiham olunan sabiq baş həkim barəsində olan hökmdən kassasiya şikayəti verib.

APA-nın məlumatın görə, kassasiya şikayətinə fevralın 12-də baxılacaq.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin Bakı Baş Səhiyyə İdarəsinin 14 saylı Birləşmiş Şəhər Xəstəxanasının sabiq baş həkimi Oktay Salamov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib.

O, Tibbi Sosial Ekspert Komissiyasına 88 nömrəli göndərişin verilməsi üçün xəstəxananın Buzovna qəsəbəsində yerləşən inzibati binasındakı xidməti otağında Bakı şəhər sakinindən 3 min manat məbləğində pulu rüşvət kimi alarkən cinayət başında yaxalanıb.

O. Salamov Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə ittiham edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR