Avropa Birliyinin ali nümayəndəsi Misirin devrilmiş prezidenti ilə görüşüb

Avropa Birliyinin ali nümayəndəsi Misirin devrilmiş prezidenti ilə görüşüb
# 30 iyul 2013 11:00 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton dünən axşam Misirin devrilmiş prezidenti Məhəmməd Mursi ilə görüşüb. APA-nın “BBC” kanalına istinadən verdiyi xəbərə görə, görüş yeri və müzakirə olunan məsələlər barədə heç bir məlumat verilmir.

Misirə səfər zamanı K. Eşton həmçinin bu ölkənin silahlı qüvvələrin komandanı, general Abdul Fəttah əs-Sisi ilə də danışıqlar keçirdib. Görüşlər barədə jurnalistlərə açıqlama verilməyib. Səfərdən öncə K.Eşton Misirdə hazırkı hakimiyyəti ölkənin keçid dövründə bütün siyasi qüvvələrin iştirakını təmin etməyə çağıracağını bildirib: “Avropa Birliyi Misir xalqına demokratiya uğrunda mübarizədə yardım etməkdə israrlıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR