Rüstəm İbrahimbəyov BMT-nin İnsan Haqları Komitəsinə müraciət edəcək

Rüstəm İbrahimbəyov BMT-nin İnsan Haqları Komitəsinə müraciət edəcək
# 09 sentyabr 2013 10:57 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. “Milli Şura” seçicilərinin Təşəbbüs Qrupu tərəfindən prezidentliyə namizədliyi irəli sürülən Rüstəm İbrahimbəyov BMT-nin İnsan Haqları Komitəsinə müraciət edəcək.

Bunu APA-ya açıqlamasında R. İbrahimbəyovun prezidentliyə namizədliyini irəli sürən “Milli Şura” seçicilərinin Təşəbbüs Qrupunun üzvü, vəkil Fuad Ağayev deyib.

“Artıq Azərbaycan məhkəmə instansiyaları ilə çəkişmə prosesi yekunlaşdı. Rüstəm İbrahimbəyovun hüquqlarının qorunması üçün növbəti instansiya olaraq, BMT-yə müraciət etməyi qətiləşdirdik”, - deyə F. Ağayev bildirib.

“Milli Şura” seçicilərinin Təşəbbüs Qrupunun səlahiyyətli nümayəndəsi Elman Mustafazadə isə APA-ya deyib seçkilərdə namizədliyin irəli sürülməsi mərhələsi yekunlaşmaq üzrə olsa da, qrup fəaliyyətini dayandırmayacaq.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası avqustun 27-də keçirdiyi iclasda “Milli Şura” seçicilərinin Təşəbbüs Qrupu tərəfindən prezidentliyə namizədliyi irəli sürülən Rüstəm İbrahimbəyovun namizədliyi təsdiq etməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR