Kanada da İranın sədrliyinə etiraz olaraq BMT-nin tərksilah konfransında iştirakdan imtina edib

Kanada da İranın sədrliyinə etiraz olaraq BMT-nin tərksilah konfransında iştirakdan imtina edib
# 15 may 2013 12:42 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. ABŞ-dan sonra Kanada da BMT-nin tərksilah konfransında iştirakdan imtina edib.

APA-nın məlumatına görə, bu barədə Kanada Xarici İşlər Nazirliyinin sözçüsü Rik Rot bildirib.

Onun sözlərinə görə, bu, tərksilah rejiminin ümumi məqsədlərinə ziddir və komitənin əsas prinsiplərinə xələl gətirir.

Qeyd edək ki, BMT-nin tərksilah konfransına sədrlik 65 üzv ölkə arasında əlifba sırası ilə dövr edir. Mayın 27-dən iyunun 23-dək keçiriləcək konfransa İran sədrlik edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR