Gəncədə binalar kərpiclə üzlənir

Gəncədə binalar kərpiclə üzlənir
# 23 aprel 2014 10:25 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhərinin Şah İsmayıl Xətai prospektində olan yaşayış binaları kərpiclə üzlənir. APA-nın qərb bürosunun verdiyi məlumata görə, bu barədə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev məlumat verib. Onun sözlərinə görə, ölkə rəhbərinin tapşırığına əsasın, Gəncənin bir neçə küçəsində fasadlar şəhərin milli ornamentlərə uyğun olaraq qırmızı kərpiclə üzlənir. Onlardan biridə şəhərin ən böyük prospektlərindən olan Şah İsmayıl Xətai prospektidir. Orada olan 30-a yaxın 3 mərtəbəli yaşayış binasının bir neçəsinin fasadı artıq kərpiclə üzlənib və yaxın vaxtlarda digər binalarda da işlərə başlanılacaq. Bundan başqa, Gəncənin Həsən Əliyev, Qəmbər Hüseynli, Pərviz Səmədov küçələrində demək olar ki, işlər yekunlaşıb. Hazırda işlər Əziz Əliyev küçəsində aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR