Rəsmi Kiyev regionların nümayəndələri ilə danışıqlara hazırdır

Rəsmi Kiyev regionların nümayəndələri ilə danışıqlara hazırdır
# 08 may 2014 00:39 (UTC +04:00)

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, Ukrayna XİN-n mətbuat xidmətinin açıqlamasında belə deyilir.

“Ukrayna hökumətinin qəti prioriteti regionlar və ictimaiyyət nümayəndələrinin iştirakı ilə tam miqyaslı milli dialoqun həyata keçirilməsidir. Bunun üçün sülh və təhlükəsizlik şəraitinin yaradılmasını təmin etmək lazımdır”, - sənəddə deyilir.

Qeyd edək ki, bundan əvvəl qondarma “Donetsk xalq respublikası” hökumətinin həmsədri Denis Puşilin federallaşma tərəfdarlarının rəsmi Kiyevlə dəyirmi masa arxasında danışıqlar aparmağa hazır olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR