Bakıda polisə yalan məlumat verən şəxs tutulub

Bakıda polisə yalan məlumat verən şəxs tutulub
# 05 iyun 2014 10:00 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda polisə yalan məlumat verən şəxs tutulub. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyunun 4-də saat 20 radələrində naməlum şəxs Xətai Rayon Polis İdarəsinə zəng edərək yaşadığı Gəncə prospektindəki 15 nömrəli binaya bomba qoyulması barədə məlumat verib.

Dərhal həmin ünvana baxış keçirilib, məlumat təsdiqini tapmayıb.

Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bilərəkdən yalan məlumatı vermiş sərxoş halda olan Bakı şəhər sakini 44 yaşlı Marat Qaynılov müəyyən edilərək saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR