Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndələri Dünya Bankının illik konfransında iştirak ediblər

Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndələri Dünya Bankının illik konfransında iştirak ediblər
# 14 aprel 2014 11:32 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Vaşinqtonda Dünya Bankının (DB) “Daşınmaz Əmlak və Yoxsulluq” üzrə illik konfransı keçirilib. DB ilə əməkdaşlıq çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) nümayəndələri DB-nin illik konfransında iştirak ediblər. Komitə tərəfindən uğurla davam etdirilən layihə olan “Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi” məhz DB-nın dəstəyi ilə həyata keçirilir.

Komitədən “APA-Economics”ə veriən məlumata görə, “Avropada daşınmaz əmlak idarəçiliyi və əməkdaşlığa baxış” sessiyası baş tutub. Sessiyaya hazırda BMT Avropa İqtisadi Komissiyasının (AİK) Daşınmaz Əmlak İdarəçiliyi üzrə İşçi Qrupuna rəhbərlik edən ƏMDK-nın nümayəndəsi sədrlik edib. Sessiyada BMT-nin Avropa İqtisadi Komissiyasının Daşınmaz Əmlak İdarəçiliyi üzrə İşçi Qrupunun həyata keçirdiyi layihələr haqqında geniş məlumat verilib.

Sessiya çərçivəsində daşınmaz əmlak idarəçiliyi sahəsində son bir il ərzində əldə edilmiş nailiyyətlər, BMT Avropa İqtisadi Komissiyasının əhatə etdiyi regionda (56 üzv ölkənin ərazisində) daşınmaz əmlak idarəçiliyi məsələləri nəzərdən keçirilib. Müzakirələrin nəticəsi olaraq bəyan edilib ki, BMT-nin Avropa İqtisadi Komissiyası regionunda daşınmaz əmlak idarəçiliyi üzrə aparılan işlər, ümumilikdə, qənaətbəxş sayılsa da, bu sahədə düzgün təbliğat siyasəti yürüdülməlidir.

Qeyd edək ki, “Uğurlu idarəçiliyin təmin edilməsi üçün daşınmaz əmlakla bağlı məlumatlardan yararlanmaq məqsədi ilə tərəfdaşlıq imkanları” mövzusunda keçirilən sessiya da BMT Avropa İqtisadi Komissiyasının (AİK) Daşınmaz Əmlak İdarəçiliyi üzrə İşçi Qrupuna rəhbərlik edən ƏMDK-nın nümayəndəsinin sədrliyi ilə keçirilib. Sessiyada Azərbaycandan “Daşınmaz Əmlakın Qeydiyyatı” layihə idarəetmə qrupunun rəhbəri “Azərbaycanda daşınmaz əmlak idarəçiliyi məsələləri” mövzusunda çıxış edib. Həmçinin sessiya çərçivəsində müxtəlif ölkələrin təcrübəsi ilə bağlı “Daşınmaz əmlak idarəçiliyini təkmilləşdirmək üçün nəzərdə tutulan inzibati məlumatların əlaqələndirilməsi: Gürcüstan modeli”, “Ukrayna: daşınmaz əmlakın dövlət monitorinq sisteminin yaradılması”, “Moldovada daşınmaz əmlakın inkişafı və monitorinqinin başlıca məsələləri”, “Daşınmaz əmlak idarəçiliyi indikatorları, işlək bazarlar və uğurlu inkişaf: Peru modeli” mövzularında təqdimatlar və çıxışlar olub. Sessiya zamanı çıxışlarla bağlı geniş müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR