İran Səudiyyə Ərəbistan bayrağı altında üzən iki gəmini saxlayıb

İran Səudiyyə Ərəbistan bayrağı altında üzən iki gəmini saxlayıb
# 27 noyabr 2013 13:23 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. İran Fars körfəzində Səudiyyə Ərəbistan bayrağı altında üzən iki gəmini saxlayıb.

APA-nın “Fars” agentliyinə istinadən verdiyi məlumata görə, gəmilər qanunsuz mallar daşıdığına görə saxlanılıb. Buşəhr vilayətinin Hərbi-Dəniz Qüvvələrinin komandanı Qulundər Laşkari bildirib ki, gəmilərdə müxtəlif ölkələrin vətəndaşı olan doqquz nəfər həbs olunub.


Ötən il İran Səudiyyə Ərəbistanı bayrağı altında üzən daha iki gəmini saxlayıb. O zaman dörd dənizçi İran sərhədlərini pozduğuna görə saxlanılıb. İyunda isə İran Birləşmir Ərəb Əmirliklərinə məxsus olan iki balıqçı gəmisini saxlayıb, 13 nəfər həbs olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR