İran səfiri Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edib

İran səfiri Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edib
# 19 mart 2014 06:54 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edib.


APA-nın məlumatına görə, səfirin təbrikində Novruz bayramının Azərbaycan və İranın birgə dəyəri olduğu vurğulanıb.

Diplomat qeyd edib ki, Novruz bayramı dostların, ailələrin və cəmiyyətlərin bir araya toplanması zamanıdır: “Novruz bayramı bu regionda ortaq mədəniyyətə, dinə malik bir çox millətlər tərəfindən qeyd olunur və onları sülh, dostluq, qardaşlıq prinsiplər ətrafında bir araya gətirir. Baharın ilk günlərində mən Azərbaycan xalqının və hökumətinin uğurları, rifahı üçün dua etmək istərdim. Ümid edirəm ki, bu il İran və Azərbaycan arasında olan qardaşlıq əlaqələrinin möhkəmlənməsi ili olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR