Pakistan hökuməti “Taliban”ın qurucusunu həbsdən buraxıb

Pakistan hökuməti “Taliban”ın qurucusunu həbsdən buraxıb
# 21 sentyabr 2013 11:00 (UTC +04:00)

Pakistan hökumətinin rəsmi nümayəndəsi bildirib ki, Molla Abdul Qəni Əfqanıstandakı sülh prosesinə töhfə vermək üçün azad edilir. Hökumət Baradar və “Taliban”ın onlarla digər nümayəndəsini 2013-cü ilin əvvəllərində Əfqanıstan hökuməti ilə danışıqlar zamanı sərbəst buraxmağı vəd etmişdi. Hər iki ölkə hakimiyyəti hesab edir ki, Abdul Qəni Baradar və azadlığa buraxılan digər şəxslər talibançıları silahı yerə qoymağa razı sala bilər.

“Taliban”ın anonim nümayəndələri isə Baradarın hər hansı təsir gücünün olmadığını bildiriblər.

Abdul Qəni Baradar 1968-ci il təvəllüdlüdür. 1980-ci illərdə Əfqanıstanda sovet qoşunlarına qarşı döyüşüb. 1994-cü ildə “Taliban”ın qurulmasında Molla Məhəmməd Ömərə kömək edib. O, ABŞ ordusunun 2001-ci ildə Əfqanıstana hücumundan sonra məşhurlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR