Türkiyənin bir neçə şəhərlərində hökumətə əleyhinə etiraz aksiyaları keçirilib

Türkiyənin bir neçə şəhərlərində hökumətə əleyhinə etiraz aksiyaları keçirilib
# 26 fevral 2014 04:41 (UTC +04:00)

Paytaxt Ankara, İstanbul və İzmirdə polis aksiyaların dağıdılması üçün xüsusi vasitələrdən istifadə edib.

APA-nın məlumatına görə, aksiyaların ən miqyaslısı İstanbulun Kadıkey rayonunda təşkil olunub. Aksiyada iştirak edən 500-dək etirazçı hakim partiyanın rayon idarəsinə yaxınlaşmağa çalışıb, lakin polis yolları bağlayaraq aksiyanı su şırnaqları və gözyaşardıcı qazla yatırıb. Bir neçə qrup etirazçılar polisə daş atıb və bankların şüşələrini qırıb.

Ankarada etirazçılar Kuqulu parkında toplaşaraq parlamentin binasına doğru irəliləməyə cəhd ediblər. Etirazçılar polisin dağılışmaq barədə çağırışlarına məhəl qoymayıb, nəticədə aksiya iştirakçılarına qarşı su şırnaqları və gözyaşardıcı qazdan istifadə olunub.

Oxşar vəziyyətin İzmir şəhərində də təkrarlandığı bildirilir. Polis etirazçıları şəhərin mərkəzi rayonlarından sıxışdırıb çıxarmağa müvəffəq olub, lakin aksiya etirazçılarının bir qismi yürüşü davam etdirmək niyyətindədir.

Etirazlar həmçinin Bursa, Eskişəhər və Trabzonda da baş tutub. Xəsarət alan və saxlanılanlar barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR