Bağdadda terrorçu-kamikadze özünü partladıb: 13 nəfər ölüb, 30-dan çox adam yaralanıb

Bağdadda terrorçu-kamikadze özünü partladıb: 13 nəfər ölüb, 30-dan çox adam yaralanıb
# 09 yanvar 2014 13:03 (UTC +04:00)

Bakı – APA. Bağdadda hərbi-çağırış məntəqəsində terrorçu-kamikadze özünü partladıb.

APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, terrok aktı nəticəsində 13 nəfər ölüb, 30-dan çox adam yaralanıb.

Partlayış İraq paytaxtının “Mutanna” aerodromunda baş verib. Həmin aerodromdan yalnız hərbçilər istifadə edir. Partlayıcı qurğu çağırışçıların sənədlərinin qəbulu zamanı işə düşüb.

Hələlik terror aktına görə heç bir qüvvə məsuliyyəti öz üzərinə götürməyib. Bəzi mətbu orqanları partlayışın “İraq və Levanta islam dövləti” adlı radikal dini qruplaşma tərəfindən törədildiyini ehtimal edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR