Azərbaycanda ilan, əqrəb və qaraqurd sancmalarının sayı artıb

Azərbaycanda ilan, əqrəb və qaraqurd sancmalarının sayı artıb
# 24 iyul 2013 08:50 (UTC +04:00)

Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov APA-ya açıqlamasında deyib ki, bu ay ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə artım qeydə alınıb. A. Maqsudovun sözlərinə görə, 16 nəfər ilan, 4 nəfər qaraqurd, 5 nəfər isə əqrəb zəhəri ilə zəhərlənib: “Zəhərlənən şəxslərin hamısı xəstəxanaya yerləşdirilib. Ötən ilin ümumilikdə iyul ayında isə 16 nəfəri ilan, 2 nəfəri əqrəb, 2 nəfəri də qara qurd sancıb, ölüm faktı isə qeydə alınmayıb. İyul ayının başa çatmasına hələ bir neçə gün qalıb və bu müddət ərzində ilan, əqrəb və qaraqurd sancmalarının sayı arta bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR