Gürcüstan və Türkiyə prezidentlərinin qeyri-rəsmi görüşü olub - FOTO

Gürcüstan və Türkiyə prezidentlərinin qeyri-rəsmi görüşü olub - <span style="color: red;">FOTO
# 05 may 2014 22:27 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, hər iki prezident Gürcüstan paytaxtını piyada gəzib, və Rustaveli prospektinə gəliblər. Abdulla Gül Gürcüstan prezidenti Georgi Marqvelaşviliyə şəxsən onun səfərini təşkil etdiyinə görə təşəkkürünü bildirib.

Məlumata görə, mayın 6-da Gürcüstan-Azərbaycan-Türkiyə prezidentlərinin iştirakı ilə baş tutacaq üçtərəfli “2014 Tiflis Sammiti” keçiriləcək. Sammitin gedişi zamanı iqtisadi, ticarət, nəqliyyat və enerji sahəsində əməkdaşlığın nəticələri nəzərdən keçiriləcək.

Gürcüstan, Azərbaycan və Türkiyə nümayəndə heyətləri sammitdə cari və planlaşdırılmış gələcək layihələri müzakirə edəcəklər. Sammit çərçivəsində prezidentlərin üçtərəfli və ikitərəfli görüşləri planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR