Ariel Şaronun vəfatı ilə əlaqədar İsrailin Azərbaycandakı səfirliyində başsağlığı kitabı açılacaq

Ariel Şaronun vəfatı ilə əlaqədar İsrailin Azərbaycandakı səfirliyində başsağlığı kitabı açılacaq
# 13 yanvar 2014 08:05 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. İsrailin keçmiş baş naziri Ariel Şaronun vəfatı ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində başsağlığı kitabı açılacaq. Səfirlikdən APA-ya verilən məlumata görə, başsağlığı vermək istəyənlər bu gün saat 14.00-dan 17.00-a qədər, yanvarın 14-də saat 10.00-dan 12.00-a qədər, yanvarın 15-də isə saat 10.00-dan 13.00-a qədər səfirliyə gələ bilər.

Xatırladaq ki, A. Şaron 8 il koma vəziyyətində yaşadıqdan sonra yanvarın 11-də 85 yaşında canını tapşırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR