Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 10 iyun - VİDEO

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 10 iyun - <span style="color: red;">VİDEO
# 10 iyun 2014 17:14 (UTC +04:00)

Bakı-APA. Gürcüstan yeni mərhələyə qədəm qoyacaq. Həm də bu bazar günü. Bir neçə gün sonra ölkədə bələdiyyə seçkiləridir. Bu, Saakaşvili dövrü başa çatdıqdan sonra keçirilən ilk bələdiyyə seçkiləri olacaq. Bələdiyyə seçkiləri Gürcüstanda yaşayan azərbaycanlılar üçün bəlkə də parlament və prezident seçkilərindən də önəmli seçkilərdir. Amma... Bu işin bir əmması var. Azərbaycan mətbuatının Gürcüstanda bələdiyyə seçkilərinə laqeydliyi. Mətbuatda bu önəmli hadisə ilə bağlı bir materiala belə rast gəlmək olmaz. Biz seçkilərlə yalnız Gürcüstan bələdiyyələrinə minlərlə erməni, cəmi 3-5 azərbaycanlı seçildikdən sonra maraqlanacaq, bir müddət ah-uf edəcək və hər şeyi unudacağıq. Bu, günahın bizim ayağımıza yazılan hissəsi, günahımızı etiraf edir və yenə tövbə qapısına sığınırıq. Bəs siyasi cəhətdən aktiv olmayan gürcüstanlı soydaşlarımız necə, onlarda günah yoxdurmu? Var, həm də çox. Bizdə bələdiyyə seçkiləri keçirilir, Azərbaycan mediası isə bir kəlmə belə yazmır deyən soydaşlarımız! Sözüm sizədir! Mustafa müəllimin söylədiyi lətifədə olduğu kimi, nə olar siz də bir bilet alın... Bir tərpənin, siyasi cəhətdən aktivləşin, yazın, pozun, səsinizi çıxarın, sonra mediadan imdad umun. Seçkilərdə bütün soydaşlarımıza uğurlar diləyirik.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR