Nazir: “Hazırda Azərbaycanın xarici ölkələrdə 80-dən artıq diplomatik nümayəndəliyi fəaliyyət göstərir”

Nazir: “Hazırda Azərbaycanın xarici ölkələrdə 80-dən artıq diplomatik nümayəndəliyi fəaliyyət göstərir”
# 10 sentyabr 2013 07:19 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov “Azərbaycan” qəzetində çıxan məqaləsində yazıb.

Məqalədə qeyd olunur ki, 2013-cü il ərzində Azərbaycanın Avstraliya və Vyetnamda səfirlikləri fəaliyyətə başlayıb: “Bu nümayəndəliklər ölkəmizin milli maraqlarının təmin olunmasında, xarici siyasətin həyata keçirilməsində, iqtisadi əlaqələrimizin coğrafiyasının genişləndirilməsində, ikitərəfli və çoxtərəfli münasibətlərin inkişaf etdirilməsində, eləcə də respublikamızın xarici ölkələrdə təbliği, xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının və soydaşlarımızın hüquqlarının müdafiə edilməsi işində onların qarşısında qoyulan vəzifələri icra edir.

Azərbaycanın xarici siyasəti üçün qismən yeni məntəqələr olan Latın Amerikası və Afrika qitəsində son dövrlərdə səfirliklərimizin açılması qısa müddət ərzində bu ölkələrlə əlaqəlimizin inkişafında mühüm rol oynayıb.

Eyni zamanda qeyd olunmalıdır ki, daxili sabitliyə, yüksək inkişaf göstəricilərinə malik olan və artıq özünü dünyada etibarlı tərəfdaş kimi təsdiq etmiş Azərbaycanla əməkdaşlığın inkişafında digər dövlətlər də maraqlıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR