Ərdəbildə zəlzələ olub

Ərdəbildə zəlzələ olub
# 16 may 2014 07:10 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İranın Ərdəbil vilayətində zəlzələ baş verib.

APA-nın Tehran Universiteti Geofizika İnstitutu Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, təbii fəlakətin episentri İranın Ərdəbil vilayətinin Abibiglu məntəqəsinə təsadüf edib.

3,2 bal gücündə olan zəlzələ mayın 16-da Bakı vaxtı ilə saat 03:37-da yerin 4 km dərinliyində meydana gəlib. Təbii fəlakət Abibigludan 8 km, Ərdəbildən 15 km və Nəmindən 19 km uzaqlıqda baş verib. Dağıntı və tələfat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR