Braziliyada Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasına həsr olunmuş tədbir keçirilib - FOTOSESSİYA

Braziliyada Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasına həsr olunmuş tədbir keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 26 oktyabr 2013 23:42 (UTC +04:00)

Bakı-APA. Oktyabrın 25-də Azərbaycanın Braziliyadakı səfirliyində Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasına həsr olunmuş tədbir keçirilib. Azərbaycanın Braziliyadakı səfirliyindən APA-ya verilən xəbərə görə, tədbirdə Braziliya hökumətinin nümayəndələri, Braziliada akkreditə olunmuş diplomatik missiya rəhbərləri və yerli ictimaiyyət iştirak edib.

Tədbiri giriş sözü ilə açan səfir Elnur Sultanov 1991-ci ildə dövlət müstəqilliyi bərpa olunduqdan sonra Azərbaycanın keçdiyi yoldan danışıb. O, 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda başlanan inkişaf və tərəqqidən danışıb, ölkəmizin dünya siyasətində qazandığı rəğbəti və regionda oynadığı aparıcı rolu qeyd edib. Azərbaycan-Braziliya arasında ikitərəfli əlaqələrdən də danışan səfir E.Sultanov siyasi, iqtisadi, mədəni və digər sahələrdə münasibətlərin daha da inkişaf edəcəyinə əminliyini bildirib.

Tədbirdə, həmçinin tanınmış klassik gitara ifaçısı, beynəlxalq mükafatlar laureatı Rövşən Məmmədquliyev konsert proqramı ilə çıxış edib. O, klassik gitarada Fikrət Əmirov, Hektor Vila Lobos və digər məşhur bəstəkarların müəllifi olduğu musiqi nümunələrini ifa edib.

Tədbirin sonunda qonaqların şərəfinə ziyafət verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR