Fəaliyyətinə xitam verilmiş İctimai Palata üzvləri “Düşüncə Mərkəzi” yaradır

Fəaliyyətinə xitam verilmiş İctimai Palata üzvləri “Düşüncə Mərkəzi” yaradır
# 05 mart 2014 09:32 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Fəaliyyətinə xitam verilmiş İctimai Palata üzvləri martın sonunda yeni “Düşüncə Mərkəzi” adlı qurum təsis edə bilər.

Bu barədə APA-ya məlumat verən Xalq Partiyasının sədri Pənah Hüseyn bildirib ki, artıq mərkəzin yaradılması ilə bağlı ilkin müzakirələr gedir.

P. Hüseynin sözlərinə görə, mərkəzin keçmiş İctimai Palata və ya Milli Şura kimi siyasi qurum deyil, daha çox intellekt mərkəzi kimi yaradılması nəzərdə tutulur: “Mərkəzə hazırda yeni təşkilat kimi baxılması doğru olmazdı. Bu daha çox təşkilat olmayan bir təsisat olacaq. Mərkəzin yaradılması təşəbbüs olaraq irəli sürülüb və bu istiqamətdə hazırda ziyalılarla məsləhətləşmələr aparılır. Məsləhətləşmələr uğurla aparılsa, martın sonlarında bir nəticəyə gəlmək olacaq. Mərkəzi keçmiş İctimai Palata və digərləri ilə müqayisə etmək doğru deyil. Burada daha çox intellektual fəaliyyətin prioritet olması nəzərdə tutulur. Müəyyən ictimai-siyasi xadimlər bir araya toplanırsa, burda bir keyfiyyət yaranır. Təşəbbüs kimi irəli sürülən Düşüncə Mərkəzinin necə fəaliyyət göstərəcəyini isə zaman göstərəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR