Bakı Fond Birjasının dövriyyəsinin azalması davam edir

Bakı Fond Birjasının dövriyyəsinin azalması davam edir
# 09 yanvar 2014 11:23 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Ötən il ərzində Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə aparılmış əməliyyatların ümumi həcmi 8,476 mlrd. manat təşkil edib ki, bu da 2012-ci illə müqayisədə 5,8% azdır.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə korporativ qiymətli kağızlar (KQK) bazarının həcmi 52,9% artaraq 1 388,4 mln. manat təşkil edib. Korporativ istiqrazların ilkin bazarının həcmi hesabat dövründə 2,5 dəfə artaraq 152,8 mln. manat, təkrar bazarın həcmi isə 2,3 dəfə artaraq 791 mln. manat təşkil edib. Ötən il səhmlərin ilkin bazarı 13,3% azalıb, təkrar bazarı isə 34,4% artıb.

Hesabat ilində BFB-nin dövriyyəsinin mənfi dinamikasına dövlət qiymətli kağızları (DQK) bazarı, əsasən də not bazarı səbəb olub. Belə ki, Azərbaycan Mərkəzi Bankının ilkin not bazarının həcmi 2012-ci ilə nisbətən 2,9 dəfə azalıb. Notların təkrar bazarı isə 4,8 dəfə azalıb. Eyni zamanda, hesabat dövründə repo əməliyyatları 3,6% azalaraq 6,609 mln. manat təşkil edib.

Təhlil olunan dövrdə dövlət istiqrazlarının (Dİ) ilkin bazarı 30,8% azalaraq 98,1 mln. manat, təkrar bazarı isə 42,2% artaraq 36,6 mln. manat təşkil edib. Ümumiyyətlə, hesabat dövründə DQK bazarı 12,4% azalaraq 7,088 mlrd. manat olub.

BFB-da keçirilmiş hərracların müqayisəli cədvəli

Bazarın seqmentləri

2013-cü il

2012-ci il

Nisbət

Əqdlərin həcmi,

AZN

Əqdlərin

sayı

Əqdlərin həcmi,

AZN

Əqdlərin

Sayı

Dİ (AMN) (yerləşdirmə)

98 048 951.72

51

141 740 610.04

72

-30.8%

Dİ (AMN)

(təkrar bazar)

36 556 828.09

14

25 713 253.59

23

+42.2%

Notlar (AMB) (yerləşdirmə)

299 828 637.61

105

859 032 852.54

227

-2.9 dəfə

Notlar (AMB)

(təkrar bazar)

43 955 612.02

4

210 732 784.43

37

-4.8 dəfə

Repo əməliyyatları

6 609 110 630.25

583

6 856 471 656.45

948

-3.6%

DQK bazarı cəmi

7 087 500 659.69

757

8 093 691 157.05

1 307

-12.4%

Korporativ istiqrazlar (yerləşdirmə)

152 791 623.42

96

60 713 670.00

81

+2.5 dəfə

Korporativ istiqrazlar

(təkrar bazar)

790 966 126.89

229

343 409 666.86

131

+2.3 dəfə

Səhmlər (yerləşdirmə)

423 163 180.89

349

488 028 562.76

548

-13.3%

Səhmlər

(təkrar bazar)

21 440 318.04

3 505

15 958 952.50

3 413

+34.4%

KQK bazarı cəmi

1 388 361 249.24

4 179

908 110 852.12

4 173

+52.9%

Cəmi

8 475 861 908.93

4 936

9 001 802 009.17

5 480

5.8%

Dİ – dövlət istiqrazları;

AMN – Azərbaycan Maliyyə Nazirliyi;

AMB – Azərbaycan Mərkəzi Bankı;

DQK – dövlət qiymətli kağızları;

KQK – korporativ qiymətli kağızlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR