Azərbaycanın “Eurovision 2014” təmsilçisi Maltaya səfər edəcək

Azərbaycanın “Eurovision 2014” təmsilçisi Maltaya səfər edəcək
# 25 aprel 2014 07:52 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Azərbaycanı “Eurovision 2014” mahnı müsabiqəsində təmsil edəcək Dilarə Kazımova aprelin 25-də Avropa promo-turu çərçivəsində sonuncu ölkəyə - Maltaya səfər edəcək. APA-nın məlumatına görə, Dilarə Kazımova ölkənin populyar TVPM və “Xarabank” teleşoularında iştirak edəcək. “Xarabank” teleşousunun efirində o, həmçinin özünün müsabiqə mahnısı olan “Start a Fire” - ni təqdim edəcək. Daha sonra “Magic Radio” və “Radio Malta”-nın efirində sənətçi pərəstişkarları ilə ünsiyyətdə olacaq, “Eurovision-2014”ə hazırlıqlarından danışacaq.

Dilarə Kazımova səfər haqqında danışarkən bildirib ki, Malta sehrli ölkədir: “Mən Malta barədə çox eşitmişəm və nəhayət ki, onu canlı görməyə imkanım olacaq. Ümidvaram, gəzintiyə və şəhərin sakinləri ilə ünsiyyətdə olmağa bir az vaxtım olacaq”.

Qeyd edək ki, Dilarə Kazımova “Start a Fire” mahnısını mayın 6-da Kopenhagendə “Eurovision-2014” müsabiqəsinin birinci yarımfinalında 8-ci nömrə altında təqdim edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR