Qəbələdəki silahlı insident zamanı xəsarət almış şəxs: "O, mənə 5 dəfə atəş açdı, yerə yıxıldım" YENİLƏNİB 2 - FOTO

Qəbələdəki silahlı insident zamanı xəsarət almış şəxs: "O, mənə 5 dəfə atəş açdı, yerə yıxıldım" <span style="color: red;">YENİLƏNİB 2  - <span style="color: red;">FOTO
# 13 dekabr 2013 20:07 (UTC +04:00)

Qəbələ. Elvin Yaqubov-APA. Qəbələ rayonunda baş vermiş silahlı insident zamanı xəsarət alan Qəbələ şəhər sakini, 1987-ci il təvəllüdlü Cavadov Zöhrab Cavad oğlu Qəbələ rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Zöhrab Cavadov APA-ya bildirib ki, o, alış-veriş etmək üçün “Qəbələ” ticarət mərkəzinə gəlib və bu zaman ona hücum edilib:

“Mən orada olanda, sakitçilik idi. Qəflətən “Ford” markalı maşından düşən bir nəfər odlu silahla ticarət mərkəzinə hücum etdi. O, əlindəki “Vinçester” markalı tüfənglə iki dəfə atəş açmağa cəhd etsə də, alınmadı. Onun yanında olduğum üçün silahı əlindən almağa çalışdım. O, mənə 5 dəfə atəş açdı, yerə yıxıldım. Sonra o, ətrafdakıları güllələdi. Gözümün qarşısında ticarət mərkəzinin rəhbərini və işçisini öldürdü”.

Bədənindən 5 güllə yarası alan Zöhrab Cavadovun vəziyyəti hazırda orta-ağırdır.

*** 18.35

Bakı. Hafiz Heydərov - APA. Qəbələdə baş verən silahlı insidentin təfərrüatları və hadisə iştirakçılarının adı məlum olub.

Qəbələ Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, rayonda bizneslə məşğul olan Ariz Rəsulzadə Vinçesterlə ilə ortağı Eldar Kərimovu və Vasif Dadaşovu güllələyib. Hər iki şəxs aldıqları güllə yarasından keçinib.

İlkin məlumata görə, hadisəyə A. Rəsulzadə ilə E. Kərimov arasında mövcud biznes sövdələşməsi səbəb olub. Belə ki, E. Kərimov və A. Rəsulzadə ortaq olublar, sonradan bu ortaqlığa son qoyublar. Bütün məsələlər də bundan sonra başlayıb. Hər iki şəxs birgə işlətdikləri mağazadakı paylarını bölüşdürmək üçün məhkəməyə müraciət edib.

Məhkəmə mağazanın E. Kərimovda qalmasına qərar verib. Lakin A. Rəsulzadə məhkəmənin qərarına məhəl qoymayıb. Bu gün məhkəmə icraçıları mağazaya gedərək A. Rəsulzadəyə oranı boşaltmağı tövsiyə ediblər. Bu zaman iki ortaq arasında mübahisə düşüb və sonuc güllələnmə ilə nəticələnib.

Polisdən həmçinin bildirilib ki, hadisəni törədən A. Rəsulzadə saxlanılıb.

***

saat 18.22

Bakı. Hafiz Heydərov – APA. Azərbaycanın Qəbələ rayonunda silahlı insident olub. Qəbələ rayon prokurorunun köməkçisi Elçin Sadıqov APA-ya bildirib ki, hadisə bu gün axşam saatlarında qeydə alınıb: “Odlu silahdan açılan atəş nəticəsində iki nəfər qətlə yetirilib. Hadisəni törədən şəxs saxlanılıb. Ölənlərin və hadisəni törədən şəxslərin kimliyi dəqiqləşdirilir. Araşdırma başa çatandan sonra ictimaiyyətə məlumat veriləcək”

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

***

saat 18.07

Bakı. Hafiz Heydərov - APA. Qəbələ rayonunda sahibkar öldürülüb.

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün baş verib.

Rayonda fəaliyyət göstərən mağazalardan birinin sahibi güllələnib. O, hadisə yerindəcə keçinib.

Hadisəni törədənin şəxsiyyəti müəyyənləşib.

Bu barədə yaxın saatlarda əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR