İran uranın 20 faiz zənginləşdirilməsini dayandırıb

İran uranın 20 faiz zənginləşdirilməsini dayandırıb
# 24 oktyabr 2013 12:59 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. İran uranın 20 faiz zənginləşdirilməsi prosesini dayandırıb.

APA-nın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, bunu İran parlamentinin Milli təhlükəsizlik üzrə komissiyasının üzvü Hüseyn Takavi Hüseyni bəyan edib.

Buna səbəb İranın artıq zəruri həcmdə 20 faiz zənginləşdirilmiş urana malik olmasıdır. 20 faiz zənginləşdirilmiş uran Tehrandakı təhqiqat reaktoru üçün nəzərdə tutulub. H.T.Hüseyni hazırda uranın 20 faiz zənginləşdirilməsinə ehtiyac olmadığını vurğulayıb. O, mülki ehtiyaclar üçün uranın 5 faiz səviyyəsində zənginləşdirilməsi prosesinin isə davam etdiyini bildirib.

Qeyd edək ki, uranın zənginləşdirilməsinin dayandırılması “Altılar”ın (BMT Təhlükəsizlik Şurasının üzvləri və Almaniya) əsas tələbidir. Hələlik “Altılar” və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İranın bu bəyanatına münasibət bildirməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR