İndoneziyada 5.2 bal gücündə zəlzələ olub

İndoneziyada 5.2 bal gücündə zəlzələ olub
# 21 sentyabr 2013 04:49 (UTC +04:00)

Bakı-APA. İndoneziyada Rixter cədvəli ilə 5.2 bal gücündə zəlzələ olub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Halmahera adasının qərb hissəsindən 112 kilometr şimal-qərbdə yerləşib.

Seysmoloqlar bölgədə sunami təhlükəsi olmadığını bildirir.

Tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR