“Çartis Azərbaycan” səhmdarlarının ümumi yığıncağının vaxtı açıqlanıb

“Çartis Azərbaycan” səhmdarlarının ümumi yığıncağının vaxtı açıqlanıb
# 25 iyun 2014 10:50 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. “Çartis Azərbaycan”ın sığorta şirkətinin səhmdarları avqustun 11-də illik ümumi yığıncaqda şirkətin 2013-cü ildəki fəaliyyətinin yekunlarını müzakirə edəcək.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, səhmdarlar şirkətin 2013-cü ilə dair maliyyə hesabatını təsdiqləməli və fəaliyyəti ilə bağlı digər məsələləri həll etməlidir.

Qeyd edək ki, şirkət ötən ili 154,858 min manat məbləğində zərərlə başa vurub.

Bundan başa, hazırda şirkətin Azərbaycanda fəaliyyətini praktiki olaraq dayandırıb. Çünki şirkətin yeganə səhmdarı "Chartis” şirkəti Azərbaycanın sığorta bazarını tərk etməyə dair qərar qəbul edib.

Şirkətin nizamnamə kapitalı 6 mln. 786,5 min manata bərabərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR