Akademik Zərifə Əliyevanın biobiblioqrafik göstəricisi nəşr olunub - FOTO

Akademik Zərifə Əliyevanın biobiblioqrafik göstəricisi nəşr olunub - <span style="color: red;">FOTO
# 13 yanvar 2014 09:07 (UTC +04:00)

Bakı - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası “Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyasından görkəmli alim-oftalmoloq, akademik Zərifə Əziz qızı Əliyevanın elmi, pedaqoji və ictimai fəaliyyətini əks etdirən biobiblioqrafik göstərici nəşr edib.

APA-nın xəbərinə görə, nəşrin tərtibçi müəllifi filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərlidir.

AMEA Rəyasət Heyətinin qərarına əsasən hazırlanan, AMEA Mərkəzi Elmi Kitabxanasının direktor müavini Firəngiz Hüseynova və AMEA Mərkəzi Elmi Kitabxanasının bölmə müdiri İsmət Səfərovun redaktorluğu ilə işıq üzü görən biblioqrafiyada alimin kitab və monoqrafiyaları, dərs vəsaitləri, dövri mətbuatda və ayrı-ayrı məcmuələrdə dərc olunmuş elmi məqalələri və s. daxil edilib. Göstəricidə materiallar bir neçə bölmədə təqdim edilib.

Biobiblioqrafiyada AMEA prezidenti, akademik Akif Əlizadənin “Böyük insan, unudulmaz alim” adlı məqaləsində, akademik Əhliman Əmiraslanovun “Zərifə Əliyevanın elmi-pedaqoji və ictimai fəaliyyəti haqqında qısa oçerk”ində alimin elmi-pedaqoji və ictimai fəaliyyəti, onun Azərbaycanda tibb elminin inkişafında böyük töhfələri üç dildə - Azərbaycan, rus və ingilis dillərində geniş işıqlandırılıb.

Biblioqrafiyadan istifadəni asanlaşdırmaq məqsədilə alimin əsərlərinin, həyat və fəaliyyəti barəsində yazan müəlliflərin adları əlifba göstəricisi ilə verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR